Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, kadrlar Xəzər TV tərəfindən paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ - YENİLƏNİB
Qeyd edək ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.
Uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.