Türkmənistan və Azərbaycan arasında tarixi razılaşma

Hazırda oxunan: Türkmənistan və Azərbaycan arasında tarixi razılaşma

14681

"Dostluq" yatağı üzrə qarşılıqlı anlaşma haqqında Azərbaycan-Türkmənistan Memorandumu martın 13-də Türkmənistan Məclisində ratifikasiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə turkmenportal nəşri məlumat yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Berdiməhəmmədov: "Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın yeni mərhələsidir"


"Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarı haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qarşılıqlı Anlaşma Memorandumunun ratifikasiyası haqqında" müvafiq qərar Türkmənistan parlamentinin xüsusi iclasında qəbul edilib", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, yataqla bağlı mübahisələri həll edən memorandum 21 yanvar 2021-ci ildə imzalanıb. Elə onda da "Dostluq" adını alıb. 

Yatağın ehtiyatları 50 milyon ton neft həcmində qiymətləndirilir. (virtual)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin