Goranboyda növbəti ŞÜBHƏLİ TENDER – Qalib şirkəti icra hakimiyyəti ilə NƏ BAĞLAYIR? – FOTO 

Hazırda oxunan: Goranboyda növbəti ŞÜBHƏLİ TENDER – Qalib şirkəti icra hakimiyyəti ilə NƏ BAĞLAYIR? – FOTO 

146800

Goranboy Şəhər İcra Hakimiyyəti şəhəri 58-ci kvartal, Şamil Quliyev, Əli Mehdiyev və Elxan Süleymanov küçələrində asfalt-beton örtüyünün əsaslı təmiri üçün 455.448 manat ayırıb.

Bizim.Media xəbər verir  ki, İH-nin bu məqsədlə may ayının 8-də elan etdiyi tenderin qalibi “Ərdağı” MMC (VÖEN - 2300214111) olub.
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Yaxın vaxtlarda tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, adıçəkilən küçələrdə avtomobil yollarının tikintisi təmiri və yerüstü işləri həyata keçirəcək.

Qeyd edək ki,  “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat 60 qəpik olan MMC-nin hüquqi ünvanı Gəncə şəhəri “Asfaltzavod”da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

“Ərdağı” MMC ilə bağlı internet resurslarında geniş araşdırma apardıqda məlum oldu ki, şirkətin adı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda qeyd olunmayıb. 

Həm 2020-ci ildən bu günə qədər Goranboy ŞİH-nin elan etdiyi 5 milyon manata qədər olan tenderlərin aparıcı qaliblərindən biri məhz bu şirkət olub. İş orasındadır ki, bu qədər tender keçirilməsinə baxmayaraq, həm şəhərin, həm də rayondan gedən yolların çoxu hələ də bərbad vəziyyətdədir. 

“Ərdağı” MMC ilə daha çox Gəncə, Gədəbəy, Naftalan, Samux, Goranboy və Daşkəsən icra hakimiyyətləri, onların tabeliyindəki qurumlar əməkdaşlıq edir. 2020-2022-ci illərdə sözügedən rayonların yerli icra hakimiyyəti orqanları şirkətlə toplam olaraq  11 milyon 220 min 017 manat 67 qəpik dəyərində sifarişlər verib.

Cari il ərzində Tovuz RİH-nin rayonun avtomobil yollarının əsaslı təmiri məqsədilə tez-tez elan etdiyi böyük məbləğli tenderin qaliblərindən biri olub. Şirkət təkcə 2022-ci ildə Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi iki iriməbləğli tenderin qalibi olub. 
Bunlardan biri Tovuz rayonunda yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsi olub ki, tərəflər arasında bağlanan müqavilənin maliyyə dəyəri 529.971,69 AZN təşkil edib. Digər tender isə Tovuz şəhəri və Bozalqanlı kəndində yolların əsaslı təmiri ilə bağlı olub. Bu lot üzrə icra hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 248.501,33 AZN təşkil edən müqavilə bağlanıb.






Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin