Bu gecə Krıma 28 dronla zərbə endirildi

Hazırda oxunan: Bu gecə Krıma 28 dronla zərbə endirildi

146756

Ötən gecə 28 pilotsuz təyyarə (dron) ilə Krımın şərqinə hücum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Krımın qondarma “rəhbəri” Sergey Aksyonov məlumat yayıb.

O bildirib ki, 9 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, daha 19-u isə elektron siqnalla sıradan çıxarılıb. 

Eyni zamanda, Aksyonov pilotsuz təyyarələrin harada vurulduğunu dəqiq açıqlamayıb. Lakin dünən hücuma məruz qalan Krım körpüsü məhz Krımın şərqində yerləşir.

Daha sonra Rusiya Müdafiə Nazirliyi də Krım üzərində 28 PUA-nın olduğunu bildirərək, pilotsuz təyyarələrin Ukraynaya məxsus olduğunu iddia edib.

“17 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Daha 11 PUA elektron siqnalla sırdan çıxarılıb və hədəfə çatmayıb”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin