Rusiya gecə saatlarında Ukraynanın Odessa və Nikolayev vilayətinə 6 “Kalibr” və 25 “Shahed” dronları ilə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın "Cənub" Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Odessaya atılan 21, Nikolayev səmasında isə 4 "Shahed-136" dronlarının hamısı məhv edilib.
Odessaya endirilən raketlərin parçaları və partlayış dalğası liman infrastrukturuna və bir neçə fərdi yaşayış evinə ziyan vurub. Nəticədə bir nəfər yaralanıb. Nikolaevdə sənaye obyektinə zərbə nəticəsində yanğın olub. İtki olmadığı bildirilib.
Bizim.Media