Zaqatalada baş verən qəzanın ilkin TƏFƏRRÜATI

Hazırda oxunan: Zaqatalada baş verən qəzanın ilkin TƏFƏRRÜATI

146740

Şəmkirdən Zaqatalaya istirahətə gələn Quliyevlər ailəsi öz avtomobillərində qəzaya düşüb. Azyaşlı övladları vəziyyəti nəzərə alınaraq Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dünən axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatalanın Lahıc kəndi inzibati ərazisindən keçən hissəsində minik avtomobili qəza törədib.

Belə ki, Şəmkir rayon sakini 37 yaşlı Elçin Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq ağaca çırpılıb. 

Qəza zamanı Elçin Quliyevlə yanaşı onun həyat yoldaşı 32 yaşlı Günay Quliyeva və 4 yaşlı övladı Yusif Quliyev də ağır bədən xəsarətləri alıb. 

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili cəlb edilib. Ailə üzvləri Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada onlara ilkin tibbi yardım göstərilib, müayinələri aparılıb.

Ata və ana xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda da müayinə və müalicələri davam etdirilir. Azyaçlı övladları isə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.   
Hadisə yerinin ilkin tədqiqatı və müayinəsi göstərir ki, qəzaya səbəb avtomobillərin ötmə qaydalarına riayət etməməsi səbəbindən baş verib.  Araşdırmalar davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin