Uzun bir fasilədən sonra “Masumiyet” serialı ilə ekranlara qayıdan Hülya Avşar, şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab verib.
Bizim.Media türk mətbuatına istinadla xəbər verir ki, bir xəstəxana çıxışında jurnalistlərin “həyatınızda niyə heç kim yoxdur?” sualına açıqlama verən Avşar "mən sapioseksualam" deyib.
''Ya ehtiyac hiss edirsən deyə necə gəldi yaşamalısan, ya da qarşına normal biri çıxana qədər gözləməlisən. Həm də ki, mən çox öyrəşmişəm, sərbəstlik çox gözəl bir şeydir.
Azadlıq dünyanın ən böyük xoşbəxtliyidir. Qadının güclü olması gözəldir, amma kişi də güclü olmalıdır.
Mən onsuz da sapioseksualam (xarici görünüşdən çox intellektual səviyyəyə heyranlıq). Qətiyyətlə ağıl tərəfdarıyam. Zəka mənim üçün böyük gücdür. Bunların hamısına sahib insan olarsa, mənə xəbər verin'',- deyə Hülya Avşar vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:45 / 14.03.2021
Hülya Avşardan gözlənilməz açıqlama: "Mən sapioseksualam" - FOTO
Hazırda oxunan: Hülya Avşardan gözlənilməz açıqlama: "Mən sapioseksualam" - FOTO
Hazırda oxunan: Hülya Avşardan gözlənilməz açıqlama: "Mən sapioseksualam" - FOTO
14673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.