Rusiyaya növbəti ZƏRBƏ – Aİ-nin Zəngəzur dəhlizi ilə bağlı yeni planının GİZLİNLƏRİ

Hazırda oxunan: Rusiyaya növbəti ZƏRBƏ – Aİ-nin Zəngəzur dəhlizi ilə bağlı yeni planının GİZLİNLƏRİ

146633

Azərbaycan və Ermənistan liderləri və Aİ Şurası rəhbərinin Brüssel görüşündə kommunikasiyaların açılması məsələsinə xüsusi önəm verilib. Bu da onu göstərir ki, Aİ Zəngəzur dəhlizi timsalında kommunikasiyaların açılmasına, burada yerləşən dəmir yolu və avtomobil yolunun bərpasına ciddi maraq göstərir. 

Şarl Mişel Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılmasında irəliləyiş olduğunu da deyib:

“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Liderlər komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar, həmçinin, bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”. 

Hətta bunun üçün Aİ-nin maliyyə dəstəyi göstərəcəyi də bildirilir.  

Görəsən, Aİ-nin regionda kommunikasiyaların açılması üçün maliyyə dəstəyi ayırmaqda məqsədi nədir?

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, regionun kommunikasiya sistemlərinin açılması üçün Aİ-nin maliyyə dəstəyi ayırmaqda başlıca məqsədi Rusiyanı bölgədən vurub çıxarmaqdır: 
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda yalnız Zəngəzur dəhlizi məsələsində anlaşma ola bilər - Politoloq


“Bu məsələnin açılması siyasi qərardır. Burada razılaşma olduğu təqdirdə, həmin ərazidə dəmir yolu və avtomobil yolunun çəkilməsi üçün maliyyəyə ehtiyac var. Həmin maliyyəni kim ödəyəcək? Avropa Birliyi bunu öz üzərinə götürübsə, deməli kommunikasiyaların açılması məhz həmin təşkilatın şərtləri əsasında açılacaq. 

Ermənistan üçün bu cəlbedici olduğundan, gözüyumulu olaraq həmin şərtləri qəbul edib.

Yəni Rusiyanın nəzarət funksiyasını qəbul etməməklə həmin kommunikasiyaların açılması təmin olunarsa, AB-dən Ermənistana milyonlarla avro vəsait ayrılacaq. Bu da qısa müddətə dəmir yolu və avtomobil yolunun çəkilişini təmin edəcək. Ermənistan üçün özü bir qəpik xərcləmədən belə infrastruktur yaradılacaq. Ona görə də İrəvan üçün cəlbedici təklifdir. AB-nin burada əsas siyasi niyyəti Rusiyanı prosesdən sıxışdırıb çıxarmaqdan ibarətdir. Görünən odur ki, bu istiqamətdə müəyyən mənada irəliləyilş də var. Rusiya demək olar ki, prosesdə yoxdur”.    

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin