Krım körpüsündə fövqəladə vəziyyətdən sonra Rusiya Ukraynanı Qara dənizdən ayırmağa çağırıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurası sədrinin birinci müavini Vladimir Vladimir Cabarov deyib.
MÖVZU İLƏ BAĞLI:
KİV: Krım körpüsündə partlayış baş verib, ölənlər var - VİDEO
Onun sözlərinə görə, Krım körpüsünə hücumdan sonra Ukraynanın Qara dənizlə əlaqəsi kəsilməlidir, əks halda təkrar hücum riski gözləniləndir.
Həmçinin V.Cabarov Odessa və Nikolayev şəhərlərinin yenidən Rusiya regionlarına çevrilməli olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Ukraynaya məxsus iki pilotsuz dron Krım körpüsünə hücum edib. Törədilmiş terror aktı nəticəsində körpünün yol hissəsi zədələnib. Eyni zamanda iki nəfər ölüb , bir uşaq isə yaralanıb .
Bizim.Media