Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ARTIB  

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ARTIB  

146603

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.8% və ya 1 milyard 11.4 milyon dollar artaraq 3 milyard 916 milyon dollar təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib. 

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49.5% və ya 917 min dollar artaraq 2 milyard 768.9 milyon dollara bərabər olub. 
Hesabat dövründə Türkiyədən Azərbaycana idxalın həcmi 9% və ya 94,4 milyon dollar artaraq 1 milyard 147.1 milyon dollara yüksəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin