Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.
Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da analoji dəyişiklik edilib.
Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:15 / 13.03.2021
Azərbaycanda iki rayonun inzibati ərazi bölgüsü dəyişdirildi
Hazırda oxunan: Azərbaycanda iki rayonun inzibati ərazi bölgüsü dəyişdirildi
Hazırda oxunan: Azərbaycanda iki rayonun inzibati ərazi bölgüsü dəyişdirildi
14653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.