"Həzi Aslanov-2" metrostansiyası 10 ildən çoxdur ki, inşa olunur.
Bizim.Media xəbər verir ki, stansiyanın qapıları hələ də sərnişinlərin üzünə bağlıdır.
Həmin istiqamətlərdə əsas sıxlıq ictimai nəqliyyat olan avtobuslardadır. Onun da vəziyyəti göz qabağındadır.
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, metrostansiyadan istifadə sərnişin sıxlığının qarşını alır.
Tikintisi başa çatmayan stansiya ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, "Həzi Aslanov-2" stansiyası, Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyasıdır.
"Həzi Aslanov-2"da inşaat işlərinin başa çatdırılması Bakı şəhərinin baş planına uyğun olaraq 2030-31-ci illərdə nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media