2023-cü ildə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin HƏCMİ 

Hazırda oxunan: 2023-cü ildə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin HƏCMİ 

146411

2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 129,2 milyon manat (61,7 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 67,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin altı ayı üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumatında qeyd olunub.  

Həmin ayrılmış vəsaitin 61,3 milyon manatının maliyyələşməsi həyata keçirilib.  

Cari ilin ilk altı ayında Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Horadiz-Zəngilan, Neftçala, Salyan və Sabirabad rayonlarında bir sıra avtomobil yollarının əsaslı təmiri və tikintisi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və həyatını itirmiş şəxslərin ailə üzvlərinə müalicə və psixoloji dəstək xərcləri, İkinci Dünya müharibəsində iştirakla bağlı birdəfəlik maliyyə yardımları, habelə beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili məqsədi ilə istifadə olunub.  

Dövlət büdcəsinin ehtiyat fondundan Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yardımların daşınması və xilasetmə əməliyyatlarında iştirak xərcləri, “İşğaldan azad ediimiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı"nın formalaşdırılması və bir sıra digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi həyata keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin