Türkiyəyə səfər edəcək şəxslər “Türkiyəyə giriş anketi”ni dolduracaqlar.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq Türkiyənin Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının qeyd olunduğu anketi təkmilləşdirib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyəyə yalnız yeni şəxsiyyət vəsiqəsi ilə gedə bilərik - DİN-dən açıqlama
Yeni prosedur martın 15-dən qüvvəyə minəcək. Qeyd olunur ki, xaricdən hava yolu nəqliyyatı ilə Türkiyəyə gələn şəxslər 72 saat içərisində “register.health.gov.tr” saytına daxil olaraq, təqdim edilmiş anketi doldurmalıdırlar.
Anket tamamlanandan sonra isə onun ya kağız daşıyıcıda, ya da mobil cihazlarda surətini özünüzlə götürmək məcburidir.
Sözügedən anketin sərnişinlər tərəfindən doldurulub-doldurulmadığı uçuşdan əvvəl aviaşirkət tərəfindən yoxlanılacaq.
Bizim.Media