“Azərbaycanda hər il həssas qrupa aid təbəqənin sosial ödənişlərinə 7 milyard manat vəsait yönəldilir”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev III "Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimində bildirib.
Nazir deyib ki, ölkənin bugünkü gəlirləri bu vəsaiti ödəməyə imkan verir:
"Növbəti illərdə də bu ənənəni qorumaq lazımdır. Təbii ki, bunun məsuliyyəti də ali rəhbərliyimizin üzərindədir".
Sahil Babayev əlavə edib ki, bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır:
"Hər bir sahədə böyük dinamizm və dəyişikliklər görürük".
Bizim.Media