Azərbaycanın neft-qaz ixracında kəksin AZALMA VAR - STATİSTİK RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycanın neft-qaz ixracında kəksin AZALMA VAR - STATİSTİK RƏQƏMLƏR

146334

Cari ilin 6 ayı ərzində Azərbaycandan xarici ölkələrə 16 milyard 194 milyon 606.04 min ABŞ dolları dəyərində neft-qaz məhsulları ixrac olunub. Ötənilki ixracın dəyəri isə 17 milyard 021 milyon 595,89 min dollar olub.

Bizim.Media Dövlət Gömrük Komitəsinin Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir ki, bir il ərzində neft-qaz ixracında 826 milyon 989,85 dollar və ya 4,86 faiz azalma baş verib. 

Builki ixracın əsas hissəsi təbii qazla bağlı olub ki, bunun da ümumi həcmi 10 milyard 956 milyon 188.04 min ton, maliyyə dəyəri isə 8 milyard 029 milyon 188.03 min dollar təşkil edib.

Ötən il isə bu həcm 12 milyard 915 milyon 622,66 min ton, dəyər isə 9 milyard 361 milyon 250,13 min dollar olub. Hesablamalardan görünür ki, ixrac olunan təbii qazın həcmi 1 il ərzində 408 milyon 656,67 ton və ya 3,60 faiz azalma, maliyyə dəyərində isə 588 milyon 753,49 min dollar və ya 7,33 faiz artım müşahidə olunub. 
Cari ildə bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ixracında da xeyli azalma baş verib. Belə ki, bu il 7 milyard 803 milyon 144.30 min dollar dəyərində və 12 milyard 818 milyon 606.52 min ton, ötən ilin eyni dövründə isə bu dəyər 9 milyard 361 milyon 250,13 dollar, həcmi də 12 milyard 915 milyon 622,66 min ton həcmində ixrac əməliyyatı həyata keçirilib.

Burdan da aydın olur ki, 1 illik azalmanın dəyəri 1 milyard 558 milyon 105,83 min dollar və ya 16,64 faiz, həcmi isə 97 milyon 016,14 min ton və ya 0,75 faiz təşkil edib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin