Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizm.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 52137 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 42033 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 9405 nəfərdir.
Ölkədə son sutka ərzində 11426, hazırkı dövrədək isə 1319474 test aparılıb.
Bizm.Media