Abşeron Mərkəzi Xəstəxanasındakı sıxlıqla bağlı ŞİKAYƏT – FOTOFAKT  

Hazırda oxunan: Abşeron Mərkəzi Xəstəxanasındakı sıxlıqla bağlı ŞİKAYƏT – FOTOFAKT  

146242

“Abşeron Mərkəzi Xəstəxanasında əsl hərc-mərclikdir. Burada adamları müalicə etmirlər, əksinə xəstə salırlar”. 

Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Abşeron Mərkəzi Xəstəxanası dövlət dilimizi niyə POZUR? - FOTOFAKT


O bildirib ki, bu xəstəxanadakı özbaşınalıq barədə çox eşitmişdim, amma bu gün öz gözümlə gördüm: 

“Bu gün səhər saatlarında yaşlı anamı müayinəyə aparmışdım. O şəkərli diabetdən əziyyət çəkir. Xəstəxanada bizi uzun növbə gözləyirdi. Çətinliklə olsa da binaya daxil olduq. Növbədə duran insanların toplaşdığı yer çox dar və havasız idi.  

Bir neçə saat havasız yerdə dayandığı üçün anamın vəziyyəti pisləşdi. Polis əməkdaşı sağ olsun, harayımıza yetişdi, anama su verdi. Anam özünə gələndə təkid elədi ki, belə olmaz, insanlar burda xəstəlik tapır. İradımızı bildirmək üçün biz çətinliklə də olsa baş həkimin qəbuluna düşdük. Baş həkim Azər İsmayılov bizi çox kobud qarşıladı. Mən özümü bir təhər saxladım. Amma anam dözmədi. Dedi ki, ay bala sənin də anan yoxdurmu? Niyə belə danışırsan?” 

Baş həkim qayıtdı ki, “mənim anam belə yerə gəlmir”. Anam mübahisə zəmnində dedi ki, “o polis olmasa idi, bəlkə də mən yıxılıb ölmüşdüm”. Bu söz baş həkimi lap əsəbiləşdirdi: 

“İndi mən o polisi işdən çıxartdırım, onun da ağlı başına gəlsin” dedi. Mübahisənin yersiz olduğunu görüb baş həkimin yanından çıxdıq. Növbəmizin çatmasına isə hələ çox vardı. Məcbur olub günorta saatlarında müayinəni yarımçıq qoyub geri qayıtdıq. Sabah o xəstəxanada bizi nələrin gözlədiyini düşünəndə dəhşətə gəlirəm”. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlansaq da, hələlik sorğumuza cavab verilməyib. 

Mövzunu diqqətdə saxlayacağıq. 




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin