Yardımsevərliyi ilə seçilən Türkiyəli müğənni Mahsun Kırmızıgül son paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, 54 yaşlı sənətçi avtobusda repertuarında hit olan “Dinlə” mahnısını səsləndirib.
Sərnişinlər də müğənni ilə birgə bu nəğməni ifa ediblər.
Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Kırmızıgül “Xalq konserti budur” şərhini yazıb.
Sosial şəbəkə əhli Mahsunun gecə saatlarında məkanların birindən sərxoş halda çıxdığını qeyd edib. Və bu zaman ifaçı sözügedən addımla sərnişinləri "feyziyab" edib.
Rəşad Əliyev, Bizim.Media