Mineral suların etiketlərində “müalicəvi” sözünün qadağan olunması NƏYİ DƏYİŞƏCƏK?  

Hazırda oxunan: Mineral suların etiketlərində “müalicəvi” sözünün qadağan olunması NƏYİ DƏYİŞƏCƏK?  

146205

Bundan sonra mineral suların etiketlərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək. 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında məlumat verib.  

AQTA-nın bu qərarı mütəxəssislər tərəfindən təqdir edilib. Çünki istehlakçını aldatmaq üçün digər qida məhsulları kimi mineral suların qablarının üzərində müxtəlif aldadıcı yazılara və şəkillərə tez-tez rast gəlirik.
 

MÖVZU İLƏ BAĞLI:

İsti havada soyuq qazlı içkilərin qəbulu ölümlə nəticələnə bilər


Bəzi insanlar da bu kimi qeydlərə inanır. Bu isə insanların həm sağlamlığına, həm də cibinə ziyan vurur. 

Mövzu ilə bağlı Bizim.Media fikirlərini bölüşən Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov bildirib ki, 1995-ci ildə qəbul edilmiş “Yeyinti məhsulları haqqında” qanunda birmənalı şəkildə yazılır ki, malların üzərinə “müalicəvi”, “ekoloji təmiz” və bu kim digər sözlər yazmaq qadağandır: 

“Bu sözlər yalnız o halda yazıla bilər ki, müvafiq icra orqanlarının icazəsi olsun. İcazə də o zaman verilir ki, müəyyən analizlərin, eksperimentlərin  müsbət rəyi olsun, elmi jurnalda bununla bağlı məqalə dərc edilsin. Nəhayət, AQTA bu məsələ barədə qəti qərar verib.  Bu çox vacib məsələdir. Əhali bu cür reklamlarla aldadılır. Məhsulun satılması üçün bunlar edilən yalançı çağırışlardır”. 

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə açıqlamasında bunları deyib: 

“Qida məhsullarının markalanmasında və etiketlənməsində alıcını aldadan yazılardan və şəkillərdən istifadə olunmamalıdır. Çünki, istehlakçı məhsulu almaq istəyərkən ilk növbədə onun üzərindəki yazılara diqqət edir. Ona görə də mineral suların üzərində “müalicəvi” sözünün yazılmasının qadağan edilməsi doğru bir addımdır.  

Çox yaxşı olar ki, bu cür qadağalar təkcə mineral sular üçün deyil, digər qida məhsulları üçün də tətbiq edilsin. Bəzən mineral suların qabının üzərində qarlı dağların, buz bulaqların şəklini görürük. Üzərinə “təbii bulaq suyu”, “minerallı” yazılan suların əslində bulaqdan heç bir xəbəri olmur. Qanunvericiliyə görə, bütün məhsulların üzərindəki şəkil və yazılar aydın olmalı, həqiqəti əks etdirməli, alıcını aldatmağa yönəlməməlidir”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin