Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq".
Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" hesabında yazıb.
"Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək", - deyə Prezident bildirib.
Bizim.Media