Azərbaycanın Əsgəran yaşayış məskənində Qarabağdakı qondarma rejimin "təhlükəsizlik şurası"nın keçmiş katibi, general Vitali Balasanyan və oğlu Artur öz evində saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, onun evində 40 dəqiqə axtarış aparıldıqdan sonra ata-oğul qondarma "xüsusi xidmət orqanları" tərəfindən aparılıb.
Vitali Balasanyan külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
“Aravot” nəşri bununla bağlı daha bir neçə nəfərin də (Balasanyanın qardaşı və qardaşı oğlu) saxlanıldığını yazıb.
Qondarma rejimin "parlamentinin" "Ədalət" fraksiyasının üzvü Metakse Akopyan nəşr ilə söhbətində məlumatı təsdiq edib.
Bizim.Media