Bu yanvar-iyun aylarında ölkədə 60302,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artıb.
ÜDM istehsalının 43,7 faizi sənaye, 9,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,7 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5946,9 manata bərabər olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:15 / 13.07.2023
Ümumi daxili məhsul istehsalı 0,5 faiz ARTDI
Hazırda oxunan: Ümumi daxili məhsul istehsalı 0,5 faiz ARTDI
Hazırda oxunan: Ümumi daxili məhsul istehsalı 0,5 faiz ARTDI
146018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.