Xanım tamaşaçını efirdə təhqir edən Cavanşir ÜZR İSTƏDİ - VİDEO

Hazırda oxunan: Xanım tamaşaçını efirdə təhqir edən Cavanşir ÜZR İSTƏDİ - VİDEO

145942

Xəbər verdiyimiz kimi, "Təsir dairəsi” ictimai-sosial verilişində Əməkdar artist Cavanşir Məmmədov və proqramda əyləşən Fatimə xanım adlı tamaşaçı arasında qalmaqal yaşanıb.

Belə ki, xanım tamaşaçı müğənninin onlara proqramda tərəfkeş olmaqları üçün 100 manat pul təklif etdiyini açıqlamışdı. Bundan sonra tərəflər arasında böyük qalmaqal yaşanmışdı. Fatimə xanım proqramın növbəti buraxlışında Məmmədov tərəfində özü və nəslini təhqir olunduğu üçün müğənnini məhkəməyə verəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sözügedən verilişin bugünkü buraxlışının sonunda Əməkdar artist təhqirlərə görə, Fatimə xanımdan üzr istəyib. 

Onun üzrxahlığına isə xanım tamaşaçının reaksiyası belə olub:

"Verilişin gedişatında Cavanşir Məmmədov söylədi ki, mən bu xanımın nəslini tanıyıram. Əgər məni tanıyırdınızsa, o zaman mənə niyə deyirdiniz ki, sən "filankəssən"?

Məmmədov "Əsəbi olmuşam demişəm. Sən də mənim həyat yoldaşıma çox sözlər dedin. Eybi yoxdur. Bu məsələni bağladıq. Qutarsın bu söhbət" sözlərini dilə gətirib. 

Lakin xanım tamaşaçının müğənnin kəlmələri "boğazından keçməyib":

"Sizin həyat yoldaşınız gərək elə hərəkət etməzdi. O üçüncü adamdır, gəlib qarışmayaydı. Sizin axı nə ixtiyarınız var ki, mənə deyəsiniz gözünə bunu niyə çəkmisən? Mən də əsəbləşib sizə cavab vermişəm".

Proqramın aparıcısı Lalə Azərtaş ikilinin arasında yaşanan mübahisəni yumuşaltmağa və söz-söhbətə son qoymağa çalışıb.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin