Dövlət büdcəsinə vergi və rüsum köçürmələri 21 faiz artıb

Hazırda oxunan: Dövlət büdcəsinə vergi və rüsum köçürmələri 21 faiz artıb

145841

Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 3 milyard 75 milyon 365,8 min manat məbləğində vergi və rüsum köçürüb.

Komitədən Bizim.Media-ya bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 539 milyon 750,8min manat təşkil edib.

Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 21 faiz artıb.

Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 186 milyon 168 min manat (artım 21,6 faiz), aksizlər üzrə 97 milyon 361,5 min manat (artım 39,3 faiz), yol vergisi üzrə 23 milyon 92,3 min manat (azalma 19,5 faiz) təşkil edib.

Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 768 milyon 744,1 min manat (artım 20,4 ) məbləğində olub.

2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin