"Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxal və ixrac əməliyyatları zamanı 37 min 55 müraciət əsasında 24 min 94 fitosanitar sertifikat və icazə sənədi, 35 min 150 müraciət əsasında 33 min 896 qida təhlükəsizliyi sertifikatı, 5 min 311 müraciət əsasında 2 min 321 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib. İdxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq edilən zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 411 bildiriş göndərilib".
Bizim.Media xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.
Q.Təhməzlinin sözlərinə görə, bu bildirişlərdən 193-ü İrana, 87-si Belarusa, 60-ı Türkiyəyə, 43-ü Rusiyaya, 9-u Pakistana, 7-si Ukraynaya, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 2-si Gürcüstana, 2-si Niderlanda, 1-i Xorvatiyaya, 1-i İspaniyaya, 1-i Lüksemburqa və 1-i Misirə ünvanlanıb. İrandan idxal olunan portağal, bibər və kivi, Belarusdan gətirilən ərzaqlıq kartof, Türkiyədən idxal edilən naringi məhsullarında viruslar aşkarlandığı üçün ixracatçı və idxalatçı şirkətlərə müvəqqəti olaraq qadağa tətbiq edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:27 / 12.07.2023
Bu ölkələrdən Azərbaycana idxal olunan məhsullar yararsız çıxdı - ADLAR
Hazırda oxunan: Bu ölkələrdən Azərbaycana idxal olunan məhsullar yararsız çıxdı - ADLAR
Hazırda oxunan: Bu ölkələrdən Azərbaycana idxal olunan məhsullar yararsız çıxdı - ADLAR
145834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.