Hamilə Rihanna öz brendi üçün SOYUNDU - FOTO

Hazırda oxunan: Hamilə Rihanna öz brendi üçün SOYUNDU - FOTO

145791

Hazırda “A$AP Rocky” ilə ikinci övladını gözləyən Rihanna yeni fotosessiya üçün iddialı görkəmdə obyektiv qarşısına keçib. 

Bizim.Media xəbər verir ki, 35 yaşlı hamilə müğənni özünün “Savage X Fenty” brendinin yeni kolleksiyasından olan alt paltarlarını nümayiş etdirib. 

Rihanna mərcan çalarları və çəhrayı ayaqqabı dəstində cəsarətli pozlar verib. Pop ulduz brilyantlarla qızıl zinət əşyaları ilə obrazını tamamlayıb. Sənətçi bu dəfə də hamiləliyini ön plana çıxarıb. 

Rihanna daha əvvəl “People” dərgisinə verdiyi müsahibədə etiraf etmişdi ki, hamiləlik dövründə bütün günü divanda uzanıb başqa heç nə etmək istəmir. Amma geyinib makiyaj edən kimi dərhal enerjisi toplayır, özünü cazibədar hiss edir və diqqət mərkəzində olmağa can atır.
Xatırladaq ki, iyun ayında məlum olub ki, Rihanna alt paltarı brendi olan “Savage X Fenty”nin baş direktoru vəzifəsini tərk edib. Ulduz beş il əvvəl qurduğu şirkətin idarəçiliyini əvvəllər Amerikanın moda, gözəllik və ev brendi Anthropologie Group-dan olan Hillari Superə təhvil verib. 

Qeyd edək ki, cütlüyün ilk övladı 2022-ci il mayın 13-də dünyaya gəlib. Sənətçilər oğullarına RZA Athelston Mayers adını veriblər.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin