Azərbaycanın qadınlardan ibarət üç həndbol komandası 2023/2024 mövsümündə Avropa Kubokunda çıxış edəcək.
Bizim.Media Avropa Həndbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Azəryol”, “Qarabağ” və “Kür” klubları qitə yarışında mübarizə aparacaq.
Bütün kollektivlər 1/32 final mərhələsindən turnirə qoşulacaq. Bu raundun püşkü iyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılacaq.
Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 1/32 final mərhələsinin ilk oyunları 23-24 sentyabrda, cavab qarşılaşmaları 30 sentyabr – 1 oktyabrda gerçəkləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
19:59 / 11.07.2023
Avrokuboklarda oynayacaq həndbol klublarımız müəyyənləşdi
Hazırda oxunan: Avrokuboklarda oynayacaq həndbol klublarımız müəyyənləşdi
Hazırda oxunan: Avrokuboklarda oynayacaq həndbol klublarımız müəyyənləşdi
145734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.