Yoluxma rəqəmləri şişirdilir? – “Əslində gerçək yoluxma sayı qat-qat çoxdur, gizlədilir” - HƏKİM

Hazırda oxunan: Yoluxma rəqəmləri şişirdilir? – “Əslində gerçək yoluxma sayı qat-qat çoxdur, gizlədilir” - HƏKİM

14571

“Avtobuslarda sıxlıq aradan qaldırılmayınca yoluxma artacaq” – tanınmış həkim-terapevt Rasif Bağırov belə deyir.

Son günlər sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin sayının şişirdilməsi ilə bağlı məlumatlar səngimək bilmir. Epidemioloji durumun və yoluxma zəncirinin bir çox ölkələrdə eyni tempdə davam etməsi müzakirələr yaradıb.

Sosial şəbəkə istifadəçiləri yoluxma ilə bağlı rəqəmlərin eyni anda artan ölkələrdə bilərəkdən şişirdildiyini iddia ediblər.

Qeyd edək ki, Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Ermənistanda da epidemioloji durum pisləşib. Həmin ölkələrdə də yoluxmada artım müşahidə olunur.

Bizim.Media-ya danışan həkim-terapevt Rasif Bağırov yoluxma ilə bağlı real rəqəmlərin rəsmi rəqəmlərdən daha çox olduğunu deyib:
 

“Qeyd edilən ölkələrlə yanaşı Azərbaycanda da yoluxmanın artması o deməkdir ki, xəstələnənlərin sayı çoxalıb. İki həftə əvvəl xəstələnənlər çox deyildi. İndi müşahidələr göstərir ki, yoluxanlar getdikcə artır. 


Artımın səbəbini öyrənmək lazımdır ki, azalma aşağı həddə getdiyi halda, birdən-birə yoluxmada artım baş verir.  O da faktdır ki, xəstəlik aşağı həddə olanda insanlar arxayınlaşır və maska buraxılır. İctimai nəqliyyatda müşahidə aparsanız görərsiz ki, maskanı heç kim düzgün qaydada istifadə etmir. Belə hallar virusun artmasına təkan verir”.

Həkim virusun artmasında nəqliyyat sıxlığının böyük rol oynadığını da gizlətməyib. O, deyib ki, nə qədər ki, nəqliyyat sistemində sıxlıq aradan qaldırılmayacaq, yoluxma artacaq:
 

“Sıxlığın əsas səbəbi metronun hələ də bağlı qalması və avtobuslara tələbin artmasıdır. Bu problem yaşandığına görə virus bitmir. Bu gün Azərbaycanda yoluxma ilə bağlı açıqlanan rəqəmlərin dəqiqliyində səhv ola bilər.


Ümumi qaydada azalma və artma var. Amma rəqəm 5 və ya 3 oldu, bu səhvdir. Elə xəstə var ki, səhhətində olan narahatçılığı ilə bağlı təcili tibbi yardıma müraciət edir. Təcili tibbi yardım isə xəstənin temperaturu olmadığı halda ondan nə test götürür, nə də vəziyyətini müayinə etmək üçün ünvana yaxınlaşır.
 

Görün, nə qədər müayinə olunmamış belə xəstə var. Hesab edirəm ki, gerçək rəqəmlər bundan çoxdur”.


Qeyd edək ki, bu gün koronavirusa 576 nəfər yoluxub. 217 nəfər müalicə olunaraq sağalıb.

Götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ümumilikdə 238 959 nəfər koronavirusa yoluxub. Onlardan 230 461-i sağalıb, 3 268-i vəfat edib, aktiv xəstə sayı 5 230 nəfərdir.

Son bir həftədə aktiv xəstə sayında kəskin artım var.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin