Bəzi mağazalardan alış-veriş etdikdən sonra ƏDV geri almaq mümkün olmur. Kiçik mağazalarda bu hala daha çox rast gəlinir. Bununla bağlı mağazada çalışanlara sual ünvanladıqda isə qısaca “Bizdə ƏDV qaytarılmır” cavabını verirlər.
Mövzu üzrə ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, bəzi istisnalar olmaqla ticarət obyektləri ƏDV çekləri verməlidirlər, əgər vermirlərsə, bu qanun pozuntusudur:
“Azərbaycan qanunvericiliyinə uyğun olaraq əlavə dəyər vergisi ödəyicilərinin xüsusi bir kriteriyaları var. İl ərzində dövriyyəsi 200 min manatı keçən obyektlər avtomatik olaraq ƏDV ödəyicisinə çevrilir.
“ƏDV geri al” proqramına gəldikdə isə yanacaq doldurma məntəqələrində ƏDV-nin geri qaytarılması olmur. Yəni bu qayda benzinə, alkoqollu içkilərə, tütün məmulatlarına aid deyil. Onların verdiyi ƏDV-li çek bele proqrama aid deyil”.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, bəzi müəssisələr sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün də onlardan heç ədv geri qayıtmır.
“Vətəndaşların əksəriyyəti hesab edir ki, əgər aldığı məhsula görə etdiyi nağd ödənişin 5 faizi, nəğdsiz ödənişin isə 17%-i ƏDV şəklində geri qayıdacaq. Amma əslində belə deyil.
Əlavə dəyər vergisi ölkədə standart olaraq 18 faizdir. Lakin bəzi obyektlər sadələşdirilmiş vergi ödəyicisidir. Sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün də onlardan ƏDV-ni geri almaq mümkün deyil. Bəzi mağazalar da sadələşdirilmiş vergi ödəyicisidir”.
Ekspert ƏDV-dən azad olan məhsullardan da söz açıb:
“ƏDV ödəyici olan marketlərdə belə bəzi məhsullar, məsələn kənd təsərrüfatı məhsulları, çörək və un məmulatları ƏDV-dən azaddır. Bu o deməkdir ki, biz o məhsulları alsaq da o məhsulların qiymətinə ƏDV əlavə edilmir. Onlarda qiymətin üzərində ƏDV olmadığına görə geri almaqdan da söhbət gedə bilməz”.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 12.07.2023
Hansı məhsullardan ƏDV-ni geri almaq MÜMKÜN DEYİL?
Hazırda oxunan: Hansı məhsullardan ƏDV-ni geri almaq MÜMKÜN DEYİL?
Hazırda oxunan: Hansı məhsullardan ƏDV-ni geri almaq MÜMKÜN DEYİL?
145692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.