İyulun 8-də qəfil dünyasını dəyişən “MFÖ” qrupunun solisti Özkan Uğurla vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, İstanbulun Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan vida mərasimində bir çox məşhurlar iştirak edib.
Sənətkarın həmkarı Mazhar Alanson “Özkanım, indi burada olduğunu hiss edirəm. Onsuz da hər zaman qəlbimizdə qalacaqsan. 2-3 gündür halımız pisdir. Xanımı və oğluna baş sağlığı verirəm. Hamı pisdir, ağlayır.
Özkanın məşhur sözləri var: üçümüz maşında heç kimin bizi başa düşməməsi üçün quş dilində danışırdıq. Özkanın istedadı müzakirə edilməz. Bizi niyə buraxıb getdin, Özkan. Səni görə biləcəyimiz yer yuxumuzdur” sözlərini dilə gətirib.
Qeyd edək ki, 69 yaşında vəfat edən Ö.Uğur uzun müddət xərçənglə mübarizə aparırdı.
Rəşad Əliyev, Bizim.Media