Bu sürücüləri böyük məbləğdə cərimə gözləyir - VİDEO

Hazırda oxunan: Bu sürücüləri böyük məbləğdə cərimə gözləyir - VİDEO

145573

Avtomobildə musiqiyə yüksək səslə qulaq asanlar böyük məbləğdə cərimə ediləcəklər. Çünki musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur.

Bizim.Media xatırladır ki, yüksək səslə musiqi dinlənilməsi ilə bağlı məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində öz əksini tapıb. Lakin burada bəzi incəliklər var. Həmin maddədə qeyd olunub ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 12-dən səhər 7-dək maqnitofonları və digər aparatları gur səslə oxutmaq, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsullarla da pozmaq olmaz.

Bəs bu əmələ görə sürücüləri konkret olaraq hansı məsuliyyət gözləyir?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu xətaya yol verən şəxslər ən çox 2500 manata qədər cərimə edilə bilərlər.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, yol polisi belə sürücülərə qarşı nəzarəti artırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin