Sabahdan etibarən ölkə üzrə müəllimlərin işə qəbulu imtahanının test mərhələsi başlayır.
Bizim.Media xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, müsabiqəyə 9 mindən çox vakant yer çıxarılıb.
Nurlan İsmayılbəyli həmçinin qeyd edib ki, namizəd müəllimlər Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonu ərazisinə üstünlük verirlər.
Uğur qazandıqdan sonra müəllim olmaqdan imtina edənlərə müsabiqədə nə qədər bal toplamasına baxmayaraq, həmin tədris ilində növbəti vakant yer təyinatına imkan yaradılmayacaq.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə imtahanın vaxtı 120 dəqiqədən 150 dəqiqəyədək artırılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media