Rusiyalı hərbi ekspert və politoloq İqor Korotçenko Donbasda Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələrinin hücumunu proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “chto-proishodit.ru” saytı yayıb.
Onun sözlərinə görə, Kiyev Donbasda müharibəyə başlayarsa, Qarabağda istifadə edilən Türk texnologiyasını tətbiq edəcək.
MÖVZU İLƏ BAĞLI:
"Müharibəni PUA-lar yox, Azərbaycan xalqı uddu" - Korotçenko
Hərbi ekspert əlavə edib ki, Ukrayna hərbçiləri Dağlıq Qarabağdakı döyüşləri yaxından izləyərək Ukraynanın şərqindəki münaqişəni həll etmək üçün ən yaxşı ssenarini seçiblər:
“Son aylarda ukraynalı hərbçilər Azərbaycan təcrübəsindən bəhrələnərək hərbi səylərini intensivləşdiriblər. Xüsusilə Ukrayna Baş Qərargahını Azərbaycanın qələbəsinə səbəb olan hücum pilotsuz təyyarələrinin uğurlu təcrübəsi maraqlandırır”.
Mütəxəssis Türk-Ukrayna hərbi əlaqələrinin intensivləşməsinə də işarə vurub:
“Bu da Kiyevin Ankaradan Türk pilotsuz təyyarələrini əldə etməsi ilə nəticələnib”.
Bizim.Media