“Qurgen Yegiyazaryan xəstəxanada koronavirusdan müalicə alsa da, vəziyyəti ağır olub. Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, "həkimlərin bütün cəhdlərinə baxmayaraq, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin müavini Qurgen Yegiyazaryan 10 günlük müalicədən sonra ölüb. "Ən müqəddəs Tanrı Anası" tibb mərkəzinin mətbuat katibi Gevorg Derdzyan məlumatı təsdiqləyib.
Qeyd edək ki, Gurgen Yegiyazaryan 1976-cı ildən Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Milli Təhlükəsizlik nazirinin müavini idi. 1999-2003 - millət vəkili olub. 2003-cü ildən bəri “New Times” partiyasının üzvü olub və hökumətə müxalif fəaliyyət göstərib.
Aynur Nadirqızı,Bizim.Media