Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının növbəti yığıncağı KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının növbəti yığıncağı KEÇİRİLDİ - FOTO

145444

Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının növbəti yığıncağı keçirilib.

Bizim.Media "redaktor.az" a istinadən xəbər verir ki, iclasda Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, İcmanın Amasiya rayonu üzrə kuratoru Ələsgər Məmmədov, İcmanın rəhbər orqanlarında təmsil olunan Amasiya əsilli ziyalılar, rayonun alimləri, kənd icmalarının fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov rayon icmasının sədri kimi ona göstərilən etimada görə QAİ rəhbərliyinə və həmyerlilərinə öz təşəkkürünü bildirib.

Qərbi Azərbaycan İcmasının yaradılmasını Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm tarixi hadisə kimi dəyərləndirərək tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizəyə verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bütün amasiyalılar adından öz dərin təşəkkürünü bildirib.

O, Qərbi azərbaycanlıların ümummilli lider Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə daim dəstək olduqlarını qeyd edərək dövlət başçısının Qərbi Azərbaycanla bağlı siyasətinin bu bölgədən olan insanların üzərinə böyük məsuliyyət və vəzifə qoyduğunu, Amasiya rayonu və onun 22 kəndinin hər birinin bu vəzifələrin yerinə yetirilməsi üçün öz bacarıq və imkanlarından istifadə edəcəklərinə inamını ifadə edib.

Abel Məhərrəmov, eyni zamanda, Amasiya rayon icmasının bu istiqamətdəki fəaliyyətindən, nəzərdə tutulan işlərdən də söz açıb.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək QAİ-nin keçdiyi yol və qarşısında duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. İcmanın təşkilatlanmasında Amasiya rayon icma nümayəndələrinin fəallığını yüksək qiymətləndirərək, bu fəallığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Əziz Ələkbərli İcmanın qarşısında duran vəzifələrin təməlinin Ulu Öndər tərəfindən qoyulduğunu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyini qeyd edərək tədbir iştirakçılarına bir daha xatırladıb ki, onların öz ata-baba torpaqlarına mütləq qayıdacağına heç bir şübhə yoxdur, çünki bu qayıdışın anonsu sıradan bir Prezident yox, “sözümüz imzamızdır” deyən və dediyini dünyanın gözü qarşısında 44 gün ərzində, ildırım sürətilə həyata keçirən Müzəffər Ali Baş Komandan tərəfindən verilib.

Buna görə də bu gün hamı bu ideya və onun gerçəkləşməsi yolunda bir nəfər kimi birləşməli və var gücü ilə çalışmalıdır.

Tədbirdə tanınmış jurnalist Səyyad Ağbabalı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, o cümlədən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və başqaları çıxış edərək öz fikirlərini bildirib, tövsiyələrini səsləndiriblər.

Görüşdə "Ağbaba-Şörəyel ll Dünya savaşında: həlak olanlar və itkin düşənlər" kitabının nəşri ilə bağlı tədqiqatçı Lütfi Kələşlinin çıxışı dinlənilib.

Sonra Amasiya rayon icmasının strukturu və İdarə Heyəti formalaşdırılıb, rayonun 22 kəndi üzrə icra nümayəndələri və müavinlər seçilib.
Yaxın bir həftə ərzində Qərbi Azərbaycanın Amasiya rayonunun kənd icmaları sədrlərinin siyahısının təsdiq olunması üçün QAİ İdarə Heyətinə təqdim olunması qərara alınıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin