Çinin Zheçzyan əyalətindəki bir xəstəxananın həkimləri nadir görülən genetik xəstəliyin şahidi olublar. Biləyinin çıxması səbəbindən randevuya gələn xəstələrdən biri həkimləri xromosomal tədqiqatlar da daxil olmaqla tam diaqnoz qoymağa məcbur edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Global Times” nəşri yayıb.
Mənbə yazır ki, 25 yaşlı xəstə həkimləri çox keçmədən şoka salıb və onun kişi olduğu ortaya çıxıb.
"Xanım"ın özü üçün də bu xəbər şok effekti yaradıb, çünki keçən il evlənən qız hələ də niyə hamilə qala bilmədiyini düşünürmüş.
Həkimlər xəstənin qadın cinsiyyət orqanının olmadığını təyin ediblər. Onda heç vaxt menstruasiya olmayıb, ancaq o, kişilərə məxsus Y xromosomuna sahib olub.
Buna görə rəsmi olaraq o, kişi hesab edilir. Bununla yanaşı onda kişi cinsiyyət orqanı “yetişməyib”.
Həkimlər bu qənaətə gəliblər ki, belə əlamət oğlanda yaxın qohumların nikahı sayəsində yaranıb.
Kişi olduğu ortaya çıxan qadın özünü tanımaq və gələcək həyatını planlaşdırmaq üçün psixiatrın yanına göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:07 / 12.03.2021
Evli qadın 25 yaşında təsadüfən kişi olduğunu öyrəndi
Hazırda oxunan: Evli qadın 25 yaşında təsadüfən kişi olduğunu öyrəndi
Hazırda oxunan: Evli qadın 25 yaşında təsadüfən kişi olduğunu öyrəndi
14538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.