İtaliya Liviyaya tətbiq olunan hava embarqosunu ləğv etdi

Hazırda oxunan: İtaliya Liviyaya tətbiq olunan hava embarqosunu ləğv etdi

145359

İtaliya hökuməti son 10 ildə qüvvədə olan Liviya təyyarələrinin İtaliyaya uçuşlarına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybehin bildirib.

"İtaliya hökuməti 10 il əvvəl Liviya mülki aviasiyasına tətbiq edilən hava embarqosunu ləğv etmək qərarını açıqladı", - Baş nazir tviter hesabında yazıb. O əlavə edib ki, uçuşlar bu ilin sentyabrında bərpa olunacaq.
Əbdülhəmid Dbeybehin İtaliyalı həmkarı Ciorcia Meloniyə qərarı dəstəklədiyinə görə təşəkkür edib. Onun sözlərinə görə, bu qərar Liviya vətəndaşlarının gediş-gəlişini xeyli asanlaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin