Gəncədə region həkimləri üçün konfrans keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə region həkimləri üçün konfrans keçirildi - FOTO

145314

Gəncədə “Qeyri-infeksion xəstəliklərlə mübarizədə ailə həkiminin rolu" mövzusunda konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında keçirilən tədbir Ailə Sağlamlıq Mərkəzlərinin həkim-terapevtlərinin iştirakı ilə baş tutub. 

Konfransda qeyri-infeksion xəstəliklər qrupuna aid ürək-damar xəstəlikləri, şəkərli diabet və insulin rezistentlik, tütün istifadəsinin zərərləri, piylənmə və onun fəsadları müzakirə olunub.

Bu tip xəstəliklərin qarşısının alınmasında profilaktik tədbirlər və sanitar maarifləndirmə, erkən aşkarlanma, müalicə və reabilitasiya xidmətlərinin gücləndirilməsinə dair tövsiyyələr verilib. 






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin