Ötən gün Xızı rayonunun Tıxlı kəndi ərazisində, dağlıq meşə massivində baş verən yanğında 60 hektar sahə yanıb. Bu sahənin 55 hektarı meşə, 5 hektarı sakinlərin biçilmiş taxıl sahəsidir.
Bu barədə informasiyanı Bizim.Media-ya Xızı rayon İcra hakimiyyətinin şöbə müdiri Ceyhun İskəndərov verib.
Onun sözlərinə görə, yanğının söndürülməsində FHN-in Xızı Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Siyəzən, Şabran rayonlarının və Sumqayıt şəhərinin 4 yanğınsöndürən avtomobili olmaqla, ümumilikdə 8 avtomobil və canlı qüvvə işləyib. Yanğın saat 19.15-də tam söndürülüb.
Yanğının baş vermə səbəbi Xızı RİH-nin şöbə müdirinin məlumatına görə, hələlik məlum deyil.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu