Spitak zəlzələsində sağ qalan erməni qızı Rusiyada nazir vəzifəsini icra edəcək

Hazırda oxunan: Spitak zəlzələsində sağ qalan erməni qızı Rusiyada nazir vəzifəsini icra edəcək

14530

Anna Qriqoryan Rusiya Federasiyasının Altay Respublikasının Səhiyyə naziri vəzifəsini icra edəcək.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “gorno-altaisk.info” saytı respublika başçısının mətbuat katibi Mixail Maksimova istinadən yayıb.

Mənbə bildirir ki, Anna Qriqoryan nazirliyin yeni rəhbərinin təyinatına qədər nazir vəzifəsini icra edəcək. 

 

MÖVZU İLƏ BAĞLI:

Erməni qızı atasını buna görə öldürdü - Ağılasığmaz cinayətin izləri


Xatırladaq ki, Qriqoryan 2020-ci ilin iyun ayından Altay Respublikası Səhiyyə nazirinin müavini vəzifəsində çalışıb. 

O, 1974-cü ildə Ermənistanda dünyaya gəlib. Gənc ikən bir çox qohumunu itirdiyi Spitak zəlzələsindən xilas olub. O zaman həkim olmağa qərar verib.

Zəlzələdən sonra Qorno Altayskda yaşayıb, yerli tibb məktəbini, sonra isə Altay Dövlət Tibb Universitetini bitirib. 2005-ci ildən Respublika Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışıb.

Qeyd edək ki, Altay Respublikasının səhiyyə naziri Sergey Kovalenko bir sıra korrupsiya cinayətləri törətməkdə ittiham olunur.

Martın 11-də məhkəmə onu iki ay müddətinə həbs edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin