Rusiyadan Azərbaycanın keçirəcəyi hərbi təlimlərə reaksiya - «Təhlükəsizlik üçün...» 

Hazırda oxunan: Rusiyadan Azərbaycanın keçirəcəyi hərbi təlimlərə reaksiya - «Təhlükəsizlik üçün...» 

14520

Azərbaycanın hərbi təlimləri bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmır. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. 

“Cənubi Qafqazın bütün dövlətləri mütəmadi olaraq hərbi təlimlər keçirir. Müvafiq məlumatlar əvvəlcədən maraqlı tərəflərə çatdırılır".

"Əldə etdiyimiz məlumata görə, bu təlimlər planlı xarakter daşıyır, qoşunların döyüş hazırlığını yaxşılaşdırmağa yönəlib və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmır”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

10 min şəxsi heyət, 100 tank, 200 raket - Azərbaycan Ordusu  böyük təlimlərə başlayır


Əvvəlcədən xəbər verildiyi kimi, Azərbaycan Silahlı Qüvvələri 15-19 mart tarixlərində 10.000 hərbçinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçirəcək.

Bunlara təxminən 100 ədəd tank və digər zirehli texnika, 200-ə qədər müxtəlif çaplı raket və artilleriya qurğusu, çoxsaylı raket sistemləri və minaatan, 30-a qədər hərbi aviasiya, habelə müxtəlif məqsədlər üçün pilotsuz uçuş aparatları cəlb olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin