Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ

145182

“Telegram”da vətəndaşlara “@ Postbot” vasitəsilə yaradılmış fişinq mesajlar göndərilir. Çox zaman bu mesajlar dost və ya tanış adından gəldiyinə görə güvənli hesab olunur və məlumatsız vətəndaşlar bu tələyə düşüb öz fərdi məlumatlarını daxil edirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Belə ki, vətəndaşlar onlara göndərilən keçidə daxil olduqdan və öz nömrələrini yazdıqdan sonra həmin nömrənin “Telegram” hesabına təsdiq kodu göndərilir. Bu kod “Telegram” hesabına başqa cihazlardan daxil olmaq üçün istifadə olunan koddur. Əgər kod düzgün bir şəkildə daxil edilərsə, sizin “Telegram” hesabınız ələ keçirilmiş sayılır. Növbəti mərhələdə kiberdələduzlar bundan istifadə edərək başqa vətəndaşlara sizin adınızdan real kimi görürən həvəsləndirici fişinq mesajları göndərəcəklər. 

Vətəndaşlara “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olmamaq, şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməmək tövsiyə olunur. 

Əgər vətəndaşlar artıq “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olublarsa, aşağıda qeyd etdiyimiz addımları həyata keçirmək tövsiyə olunur: 

1 “Telegram” hesabı üçün iki mərhələli təsdiqləməni aktivləşdirin 

2 Sizə gələn təsdiqləmə kodunu heç kimlə paylaşmayın 
 
3 “Telegram” hesabına qoşulmuş cihazlara nəzarət edin 
 
4 Tətbiq icazələrini doğru tənzimləyin

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin