“Rusiya pandemiya ilə mübarizəyə böyük töhfə verir. Səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə pulsuz peyvəndləmə imkanı yaradılıb. Bunu diplomatik iş qaydalarına əsasən, müvafiq beynəlxalq sənədlər əsasında edirik”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Polad Bülbüloğlundan cavab gözlənilir - Atasının ev muzeyini bərpa edəcəkmi?
Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrova təşəkkür məktubu göndərib.
M.Zaxarova bildirib ki, bu məktubda Rusiya XİN-in təşəbbüsünün dərin hörmətə layiq olduğu və bütün diplomatik korpuslar tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır.
Bizim.Media