Albaniyalı qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar - FOTO 

Hazırda oxunan: Albaniyalı qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar - FOTO 

145127

 Azərbaycanda rəsmi səfərdə olan Albaniya Prezidenti Bayram Beqay və xanımı Armanda Beqay iyulun 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, qonaqlara Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ


Bildirilib ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dahi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 2012-ci ildə Gəncədə keçirilən xüsusi toplantıda təsis edilib. Azərbaycan Prezidentinin dəstəyi ilə fəaliyyətini genişləndirən Mərkəz müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri bir araya gətirib. 

Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2013-cü ildən etibarən paytaxtımızda keçirilən və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. Mərkəzin əsas məqsədi dünyada sülhün, dinc birgəyaşayışın, ədalətin bərqərar olunmasına töhfə verməkdir. 
Mərkəzdə qonaqlara xatirə olaraq xalça, həmçinin cari ilin mart ayında Bayram Beqayın da iştirak etdiyi və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: Həyatı və İrsi” mövzusunda keçirilən konfransın materiallarının yer aldığı jurnal və albom hədiyyə edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin