Şairlə Elza arasında GƏRGİN ANLAR – Seyidcahan efiri tərk etmək İSTƏDİ – VİDEO 

Hazırda oxunan: Şairlə Elza arasında GƏRGİN ANLAR – Seyidcahan efiri tərk etmək İSTƏDİ – VİDEO 

145034

Xəbər verdiyimiz kimi Əməkdar artisti Elza Seyidcahanın bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilməsi cəmiyyətdə və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Sənətçi ona ünvanlanan tənqidlərə  cavab vermək üçün “Təsir dairəsi” ictimai-sosial verilişinin canlı efirinə gəlib. 

Bizim.Media xəbər verir ki, sözügedən proqramda iştirak edən yazıçı Bahadur Seyidov E.Seyidcahanı şair kimi qəbul etmədiyini bildirib. 

“Elza xanım sizin yazdıqlarınız şeir deyil. Mən sizi gözəl müğənni və bəstəkar kimi qəbul edirəm və hörmətim var. Səsinizi də çox bəyənirəm. Amma siz şair deyilsiniz. Sizin yazdığınız o şeirlədən burada yüz dənəsini deyərəm.Sizin yazdıqlarınız söz “yığınağı”dır. Yazıçılar birliyi çox böyük səhv edib sizi ora qəbul edib”, - deyə Bahadur vurğulayıb. 

Yazıçı çıxışı zamanı Elzanın “Tikim sizin ağzınızı” şeirindən bəhrələnərək, şeir də deyib.

Seyidovun bu çıxışı Seyidcahanı “cin atına” mindirib. Müğənni qarşı tərəfi sözləri ilə “ağ yuyub, qara sərib:

“Bu insan özünü mənim sayəmdə reklam edir. Mənim sözlərimdən (Tikim sizin ağzınızı – red.) istifadə etmə. Sənin də o tikilmiş ağzın bağlansın. O dediyin şeiri danışma. Sən özünü bura gəlmisən reklam etməyə. Mən çıxıb gedirəm. Mənim sabah doğum günümdür. Qızıl misralarım əynimdə, qızıl qələmim də başımda.

Mənim zamanım yoxdur (Bu anda verilişin aparıcısı Lalə Azərtaşı qucaqlayıb, öpür). Görün bunlar nə günlərə qalıblar ki,... Xoşuma gəlmir belə şeylər. Mən artıq AYB-nin üzvüyəm. Sən mənə bu sözləri deməklə Yazıçılar Birliyini təhqir edirsən. Şeirlərimi əzbərdən oxuyursuz amma məni bəyənmirsiniz”.
Verilişin gedişatında Elza ayağa qalxaraq efiri tərk etməyə cəhd göstərib. Lakin aparıcı Seyidcahanın verilişdən getməyinin qarşısını alıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin