“NATO-ya qoşulma prosesində ölkələrin terrorizmlə mübarizədə dürüst mövqe sərgiləməsi şərtdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə İsveç və Finlandiyadan olan həmkarları ilə görüşündən sonra açıqlamasında deyib.
“İsveç qanuvericilikdə dəyişiklik etdi, lakin bunun əməli fəaliyyətdə də əks olunması gərəkdir. Gələcək müttəfiqlərin Türkiyəyə hərbi ləvazimatların tədarükündə sanksiya və məhdudiyyət tətbiq etməməsi də vacibdir. Üçtərəfli razılaşmalardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Terror təşkilatlarının təxribatlarına icazə verən bir ölkənin terrorla mübarizədə hansı səyləri göstərəcəyi də suallar doğurur”, - deyə XİN rəhbəri bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:29 / 07.07.2023
Hakan Fidandan Alyansa qoşulmaq istəyən ölkələrə ŞƏRT
Hazırda oxunan: Hakan Fidandan Alyansa qoşulmaq istəyən ölkələrə ŞƏRT
Hazırda oxunan: Hakan Fidandan Alyansa qoşulmaq istəyən ölkələrə ŞƏRT
144984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.