Ədliyyə Nazirliyinin “ƏN TEZ” xidmətinin tətbiq dairəsi artırılacaq

Hazırda oxunan: Ədliyyə Nazirliyinin “ƏN TEZ” xidmətinin tətbiq dairəsi artırılacaq

144976

Ədliyyə Nazirliyi tərəfindən yaradılaraq əhalinin istifadəsinə verilmiş yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidmətinin tətbiqi dairəsi artırılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclasında bildirilib. 

Qeyd olunub ki, smart konsepsiya əsasında fəaliyyət göstərən bu innovativ xidmət vətəndaşlara heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılaraq video-zəng vasitəsi ilə operatora müraciət etməklə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. 

Dövlət xidmətlərinin göstərilməsində ilk dəfə belə bir innovativ yanaşmanın tətbiqi vətəndaş məmnunluğunu təmin edərək artıq insanların “ƏN TEZ” xidmətindən bəhrələndiyi bildirilib, fəaliyyətinə dair videoçarxlar və bukletlər nümayiş etdirilərək onun tətbiqi dairəsinin artırılması, əhalinin daha geniş məlumatlandırılması ilə bağlı aidiyyəti göstərişlər verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin