“Tesla” avtomobili bu il tam avtonom idarəetməyə keçə bilər

Hazırda oxunan: “Tesla” avtomobili bu il tam avtonom idarəetməyə keçə bilər

144875

“Tesla” avtomobil kompaniyası özünün tam avtonom idarəetmə texnologiyasını qurmağa hazırdır, cari ildə bu sahədə xeyli irəliləyiş əldə edilə bilər. 

Bizim.Media xəbər verir ki, bunu “Tesla” kompaniyasının rəhbəri İlon Mask Şanxayda süni intellekt üzrə beynəlxalq konfransında çıxışı zamanı deyib. “İnsan müdaxiləsi olmadan avtonom idarəetmənin tətbiqinə çox yaxın olduğumuzu hiss edirik.

Biz artıq bunu Birləşmiş Ştatların avtomobil yollarında sınaqdan keçirmişik”, - deyə İ.Mask bildirib. Onun proqnozuna görə, kompaniya bu il tam avtonom idarəetmə texnologiyasına nail ola bilər. 

Sahibkar müvafiq texnologiyanın avtomobildən daha çox istifadə edilməsinə səbəb olacağını düşünür. Onun sözlərinə görə, adi şərtlərdə ailə avtomobili həftədə 10-20 saat sürülür, tam avtonom rejimdə isə bu göstərici dəfələrlə artaraq 168 saata çata bilər. 
İ.Mask, həmçinin kompaniyanın özünün hazırladığı avtonom idarəetmə texnologiyasını digər avtomobil istehsalçıları arasında yaymağa maraqlı olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin