DİN 55 nəfəri SAXLADI - SƏBƏB

Hazırda oxunan: DİN 55 nəfəri SAXLADI - SƏBƏB

144828

İyulun 5-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. 

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin